fim.az

Ana qanaxmadan ölüb, körpə isə ... - Xəstəxanadan açıqlama

4-08-2018, 12:10

Ana qanaxmadan ölüb, körpə isə ... - Xəstəxanadan açıqlama















Bu gün səhər saatlarında Lənkəranda 1983-cü il təvəllüdlü Sadıqova Elnarə Rasim qızı və yeni doğulan körpəsi dünyasını dəyişib.

Faktı Trend-ə təsdiqləyən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimin köməkçisi Əbülfəz Məmmədov bildirib ki, ana qanaxma səbəbindən dünyasını dəyişib.

Həkim bildirib: "Elnarə Sadıqova qanda laxtalanma səbəbindən əməliyyat şəkilində doğuşa alınıb. Səylərə baxmayaraq, uşaq ölü dünyaya gəlib. Ana isə bu gün səhər saat 10 radələrində qanaxma səbəbindən dünyasını dəyişib”.

Ə.Məmmədov bildirib ki, hüquq-muhafizə orqanları hazırda hadisə yerindədirlər, araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 404}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22