fim.az

Bakıda qəza: Kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı

17-10-2018, 11:57

Bakıda qəza: Kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı















Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, "Gelandewagen”in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən "Şaqman” yük maşınının çırpılıb.

Qəza nəticəsində "Gelandewagen” yolun əks istiqamətinə keçib.

Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, sürücü Məmmədov Nicat "Gelandewagen”i bir günlük "Rent a car”dan kirayə götürüb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalar aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 357}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22