fim.az

Yad kişi ilə FOTOLARINI tapdı, həyat yoldaşına 18 bıçaq vurdu-SUMQAYITDAKI QƏTLİN TƏFƏRRÜATI

26-11-2020, 12:04

Yad kişi ilə FOTOLARINI tapdı, həyat yoldaşına 18 bıçaq vurdu-SUMQAYITDAKI QƏTLİN TƏFƏRRÜATI


Sumqayıt şəhərində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Rəfayıl Feyziyev Ali Məhkəməyə müraciət edib.
"Ölkə.Az" xəbər verir ki, onun müraciətinə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə baxış iclası dekabrın 9-na təyin olunub.

İttihama görə, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri Rəfayıl Feyziyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.

Rəfayıl arvadının ona xəyanət etdiyini öyrənib. O, bunu dəqiqləşdirmək üçün arvadını izləməyə başlayıb.

Hadisə baş verən günü Rəfayıl Feyziyev arvadının başqa yad kişi ilə olan şəkilini tapıb. Ər-arvad arasında yaranan mübahisə sonda qətllə sonuclanıb. Rəfayıl Feyziyev bıçağa əl atıb.

Cinayəti törədən Rəfayıl Feyziyev polisə gedərək təslim olub.

İstintaq orqanı tərəfindən Rəfayıl Feyziyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İfadə verən Rəfail Feyziyev qeyd edib ki, həyat yoldaşını namus üstündə öldürüb: “Arvadım pis yola düşmüşdü, əxlaqsızlıq edirdi. Onun qardaşına, valideyninə bu barədə məlumat verdim. Dedim ki, Rafət pis yoldadır. Amma ailə üzvləri tərəfindən onun barəsində tədbir görülmədi”.

Rəfail Feyziyev qeyd edib ki, hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafail Feyziyev 15 il müddətinə azadlıqdan məhrum edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 99}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331