fim.az

Səsi ilə məşhurlaşan çobandan ibrətamiz addım - Hər kəs alqışlayacaq

2-09-2018, 14:55

Səsi ilə məşhurlaşan çobandan ibrətamiz addım - Hər kəs alqışlayacaq














İnternetdə səsi ilə məşhurlaşan çoban Pərvin Səfərovun bir illik təhsil haqqı ödənilib.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. P.Səfərovun sözlərinə görə, artıq o, Azərbaycan Milli Konservatoriyasının Milli Vokal fakültəsinin rəsmən tələbəsidir:

“Təhsil haqqı böyük problemdir, həll olunmalıdır. Mən də ödənişli əsaslarla oxuyacam. Təhsil haqqı məni çox narahat edirdi. Dostlar sağ olsunlar, bir ilin təhsil haqqını ödəyiblər. Düzü, bir az pul düzətmişdim, baxdım ki, tələbə yoldaşlarımın biri təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onu imtahandan tanıyırdım, mənim kimi imkansız və çarəsiz idi. Düşündüm ki, mən də bir insanı sevindirim, ona görə də onun təhsil haqqının yarısını ödədim. Çox sevindi, hətta sevincindən agladı da. Həmin tələbə atası ilə yaşayır. Atası fiziki qüsurludur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 399}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22