fim.az

Rəqsanə erkən doğuş diaqnozuyla xəstəxanaya yerləşdirildi

27-09-2018, 10:57

Rəqsanə erkən doğuş diaqnozuyla xəstəxanaya yerləşdirildi















Dünyaya əkiz uşaq gətirməyə hazırlaşan müğənni Rəqsanə İsmayılova Moskvada xətəxanaya yerləşdirilib.
Bu barədə müğənninin İnstaqramda fəaliyyət göstərən fan səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, həkimlər ona erkən doğuş diaqnozu qoyublar.

Türkiyədə doğmağı planlaşdıran sənətçinin vəziyyəti o qədər təhlükəlidir ki, həkimlər hətta ona ayağa qalxmağı belə qadağan edib:
"Ana bətnində olan su qurtarıb. Bu səbəbdən həkimlər dedi ki, erkən doğuş olacaq. 7 gün ərzində uşaqlar ana bətnindən çıxarılmalıdır. Hazırda məni yataq rejimində xəstəxanada saxlayırlar. Ayağa durmağa icazə vermirlər. Əslində dekabr ayında doğuş olmalı idi. Uşaqlarımın Türkiyədə anadan olmasını istəyirdim. Bunun üçün bütün işləri də görmüşdük. Amma belə vəziyyətdə təyyarəyə minməyə icazə verilmir".

Qeyd edək ki, Rəqsanə hamiləliyinin 7-ci ayındadır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 422}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22