fim.az

Tanınmış yazıçıya qarşı DƏLƏDUZLUQ

10-10-2018, 12:09

Tanınmış yazıçıya qarşı DƏLƏDUZLUQ















Tanınmış yazıçı-publisist, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu Xeyrəddin Qocaya qarşı dələduzluq edilib.
Yazıçı bu barədə sosial şəbəkədə status paylaşıb. Əməkdaşımız sözügedən məsələnin təfərrüatını öyrənmək üçün X.Qoca ilə əlaqə saxlayıb. O, bildirib ki, İsmayıl adlı usta bir neçə gündür ki, ondan görəcəyi işin pulunu alsa da, zənglərinə cavab vermir:

"Evdə artıq əşyaların yığıldığı şkafın siyirməsini düzəltmək üçün İsmayıl adlı ustanı evə çağırdım. Məndən qırx manat pul alıb, neçə gündür nə zənglərimə cavab vermir, başqa nömrədən də zəng vuranda telefonu açıb susur. Binəqədi rayonu ərazisində özünün şəxsi mebel sexi var. Bu gün Binəqədi Rayon Polis İdarəsinə zəng vurdum. Dedilər ki, bu barədə yaşadığınız rayonun aidiyyatı polis bölməsinə məlumat verməlisiniz. Mən də sahə müəvvəkilini axtarıram. Əslində, bu, böyük problem deyil, söhbət puldan getmir. Siyirmə qapının ağzında ayaq altında qalıb, narahatlıq yaradır. Gəlib iki dəmiri yerinə vurmur, məni incidir. Telefona cavab ver, denən ki, başıma bir iş gəlib. Özü də məni tanıyan adamdır. İnsanın başına iş gələ bilər. Amma telefona cavab vermək lazımdır. Mən kimdənsə şikayət edən deyiləm. Ancaq indi düşünürəm ki, o məni incitdiyi kimi, mən də onu incidim. Çünki müsəlmana yaxşılıq yoxdur".
Qeyd edək ki, Xeyrəddin Qoca 1995-ci ildə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Tanınmış yazıçıya qarşı DƏLƏDUZLUQ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 347}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22