fim.az

Ümummilli lider Heydər Əliyevin xatirəsi Türkiyədə daim yaşayacaq — Prezident Administrasiyası

12-12-2018, 09:30

Ümummilli lider Heydər Əliyevin xatirəsi Türkiyədə daim yaşayacaq — Prezident Administrasiyası















Azərbaycanın ümummilli lideri, mərhum Prezident Heydər Əliyevin xatirəsi Türkiyədə daim yaşayacaq.
Bu barədə trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin banisi olmaqla yanaşı, Türk dünyasının sevilən liderlərindən biri olub:

"Türkiyə-Azərbaycan münasibətlərinin bir millət - iki dövlət prinsipi ilə inkişafında və təşəkkülündə Heydər Əliyevin rolu əvəzsizdir".
Prezident Administrasiyasından deyilib ki, ümummilli lider Heydər Əliyev Türkiyə və Azərbaycan arasında əlaqələri möhkəmləndirməklə yanaşı, önəmli enerji layihələrinin də əsasını qoyub:

"Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da güclənməsi siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksələn xətt üzrə inkişaf etdirilir".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 462}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22