fim.az

Flora Kərimovadan gözlənilməz və qalmaqal yaradacaq addım… – Video

5-03-2019, 12:34

Flora Kərimovadan gözlənilməz və qalmaqal yaradacaq addım… – Video














Ötən gün “Golden People Awards” mərasimində maraqlı hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, mükafatını almaq üçün səhnəyə çıxan Xalq artisti Faiq Ağayev 2018-ci ildə dünyasını dəyişən sənətkarlardan söz açıb.

Məşhur müğənni Xalq artistləri Fuad Poladov, Amaliya Pənahova və Zərnigar Atakişiyevanın adlarını çəkərək qonaqların onları yad etməsini xahiş edib: “2018-ci il əfsus ki, aramızdan nəhəgləri apardı. Rica edirəm ki, alqışla onları anaq”.

F. Ağayevin təklifindən sonra zalda əyləşən hər kəs ayağa qalxsa da, Xalq artisti Flora Kərimova küsülü həmkarının xahişini yerinə yetirməyib. O, ayaqüstə qalxmayaraq dünyasını dəyişən sənətkarları yad etməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 368}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22