fim.az

“Mənə “Sonsuzsan, kişi deyilsən” deyirdilər” – 6 il sonra ata olan Kərim

25-01-2019, 12:47

“Mənə “Sonsuzsan, kişi deyilsən” deyirdilər” – 6 il sonra ata olan Kərim

















Müğənni Kərim Abbasov “Hər şey daxil” verilişdə qonaq olub.

Dərgi.az xəbər verir ki, evləndikdən 6 il sonra ata olan ifaçı qohumları tərəfindən dəfələrlə qınandığını söyləyib:

“Yadları qoyuram bir kənara, qohumların “Sən sonsuzsan, kişi deyilsən” kimi sözlərlə adamı sındırmasını Allah heç kimə göstərməsin. Bu hissləri mən keçmişəm, əzilmişəm. Amma, çox şükür, 6 ildən sonra övladım oldu. İndi baxırsan ki, mənə “Sonsuzsan” deyənlər gəlib öpüb qucaqlayırlar məni”.

Qeyd edək ki, K.Abbasov Təranə adlı xanımla ailəlidir. Cütlüyün Yusif adlı oğlu 6 il sonra dünyaya gəlib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 372}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22