fim.az

Kəskin hava şəraiti əlaqədar 5 nəfər xəsarət alıb

18-01-2019, 11:44

Kəskin hava şəraiti əlaqədar 5 nəfər xəsarət alıb
















Azərbaycanda ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.
Bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər.

Müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb.
Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: “Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur”.

Xatırladaq ki, ötən gün güclü külək nəticəsində “Binə” Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 429}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22