fim.az

Karantin rejimi sərtləşdiriləcək? - TƏBİB-dən AÇIQLAMA

13-03-2021, 13:02

Karantin rejimi sərtləşdiriləcək? - TƏBİB-dən AÇIQLAMA


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə bayram ərəfəsində qurumun karantin rejimini sərtləşdirəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Qurum karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulunun birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ olmadığını açıqlayıb.

Qeyd olunub ki, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir: "Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinəylə bağlı tövsiyələr verir. Bütün bunlarla bərabər, vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insanların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir. TƏBİB pandemiya ilə mübarizədə NK yanında Operativ Qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 333}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22