fim.az

Respublika Klinik Xəstəxanası köçürülür

5-06-2024, 12:03

Respublika Klinik Xəstəxanası köçürülür


Respublika Klinik Xəstəxanası köçürülür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov telekanallara açıqlaması zamanı deyib.

V.Qurbanov bildirib ki, Nərimanov Tibb Mərkəzindən sonra, Respublika Klinik Xəstəxanası da köçürüləcək.

Onun sözlərinə görə, tibb müəsisəsində əsaslı təmirə ehtiyac var: “Yaxın müddətdə təmir işlərinə başlanılır. Həkimlərimizin vətəndaşlara tibbi xidməti daha keyfiyyətli təmin etmək üçün yeni təmir olunmuş tibb müəssisələrə ehtiyac var.

Ümumilikdə tam olaraq tibb müəssisənin bağlanması haqqında müzakirə getmir. Hissəvi olaraq, korpusların bir-bir təmir olunacağı nəzərdə tutulur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 228}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22