fim.az

AŞPA-dakı nümayəndə heyətimiz yenilənir - 2 deputat əlavə olunur

2-08-2018, 09:28

AŞPA-dakı nümayəndə heyətimiz yenilənir - 2 deputat əlavə olunur















Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilir.

Modern.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilir.

Belə ki, AŞPA-dakı nümayəndə heyətinin tərkibinə deputatlar Naqif Həmzəyev və Çingiz Qənizadənin yeni üzv seçilməsi təklifi irəli sürülüb.

Məsələyə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında baxılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Asim Mollazadə, Vüsal Hüseynov daxildir.

Lakin ölkə başçısının imzaladığı sərəncamla deputatlar Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edildiyindən, onlar AŞPA-ya gedə bilmirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 544}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22