fim.az

Zakir Həsənov Azərbaycana yeni təyin olunan səfirlə görüşüb

21-02-2019, 10:02

Zakir Həsənov Azərbaycana yeni təyin olunan səfirlə görüşüb














Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Tərəflər hərbi sahədə münasibətlərin uğurla davam etdiyini, əsasən, hərbi təhsil sahəsində əməkdaşlığı, Azərbaycan Ordusunun hərbi qulluqçularının Koreya hərbi məktəblərində təhsil almalarını, eləcə də bu ölkədə keçirilən müxtəlif treninqlərdə iştirakını xüsusi vurğulayıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Koreyalı səfir Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Zakir Həsənov Azərbaycana yeni təyin olunan səfirlə görüşüb


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 412}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22