fim.az

“Muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib” — Vasif Talıbov

23-02-2019, 10:00

“Muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib” — Vasif Talıbov















Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Ali Məclisin sədri çıxışında bildirib ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan dövlət proqramlarının icrası və yeni elektrik stansiyalarının tikilməsi sahəsində görülən işlərin tərkib hissəsidir.

Onun sözlərinə görə, artıq muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib.
"Ucuz enerji istehsal edən sahələrə üstünlük verməklə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək qarşıda duran əsas vəzifədir. Muxtar respublikada elektrik stansiyaları qurularkən yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Çünki inkişaf edən dünyada yeni texnologiyaların tətbiqi və bu sahə üzrə mütəxəssislərin hazırlanması mühüm şərtdir. Muxtar respublikada da bu amil əsas götürülür. Ona görə də yeni texnologiyalar tətbiq olunmaqla yanaşı, həm də onları idarə edəcək mütəxəssislər hazırlanmalıdır. Bu gün muxtar respublikada üçüncü Günəş Elektrik Stansiyası istifadəyə verilir".

V.Talıbov qeyd edib ki, qurulan yeni Günəş Elektrik Stansiyası səmərəli istismar olunmalıdır.

"Stansiyada dünyada qəbul olunmuş son model müasir panellər quraşdırılıb. Şüşə tipli bu panellərin elektrik verilişi alüminium panellərə nisbətən daha yüksəkdir. Eyni zamanda bu panellər imkan verir ki, stansiya qurularkən daha az torpaq sahəsindən istifadə olunsun. 4,7 hektar ərazidə qurulmuş rentabelli Günəş Elektrik Stansiyası muxtar respublikamızın inkişafına, dayanıqlı elektrik enerjisi təminatına və yeni mütəxəssislərin hazırlanmasına imkan verəcəkdir".

“Muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib” — Vasif Talıbov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 448}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22