fim.az

Oqtay Əsədov deputatlara irad tutdu: “5 dəqiqəyə riayət edək”

13-11-2019, 15:42

Oqtay Əsədov deputatlara irad tutdu: “5 dəqiqəyə riayət edək”

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentdə çıxış edən deputatlara xəbərdarlıq edib.

Report xəbər verir ki, iclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladan O.Əsədov deputatlara bunu nəzərə almalarını tövsiyə edib.

“Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur 5 dəqiqəyə riayət edək”.

Daha sonra çıxış üçün deputat Tahir Kərimliyə söz verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 327}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22