fim.az

Polis MSK-nın qabağında aksiya keçirənlərlə bağlı məlumat yaydı

12-02-2020, 11:19

Polis MSK-nın qabağında aksiya keçirənlərlə bağlı məlumat yaydı


“Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması bağlı deyilənlər əsassızdır”.

Bu barədə Modern.az–a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib: “Onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb”.

Qeyd edək ki, dünən bir qrup deputatlığa namizəd və tərəfdarları növbədənkənar parlament seçkilərinin elan olunmuş ilkin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq aksiya keçirməyə cəhd ediblər. MSK üzvləri onlarla görüşüb, şikayətləri dinləyiblər. Lakin iştirakçılar aksiyanı davam etdirməkdə israrlı olublar. Əraziyə gələn polis aksiyanın qarşısını alıb. Bu zaman aksiya iştirakçıları Ərzulla Buludlu və Rəbiyyə Məmmədovanın xəsarət alması barədə sosial şəbəkələrdə məlumat paylaşıblar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 319}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22