fim.az

Ərdoğan sabah Azərbaycana gələcək

24-02-2020, 23:52

Ərdoğan sabah Azərbaycana gələcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Bakıya səfər edəcək.
R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Azərbaycana gələcək.
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələr müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin də imzalanacağı bildirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 390}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22