fim.az

Türkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib - FOTO

16-04-2021, 14:03

Türkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib - FOTO


Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın diplomatik fəaliyyətinin başa çaması ilə əlaqədar vida mərasimi keçirilib.
Mərasim diplomatik nümayəndəliyin binasında baş tutub.

E.Özoral səfirlik əməkdaşları ilə vidalaşıb.

Qeyd edək ki, E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb və səlahiyyət müddəti bu ay başa çatıb. Diplomat bu gün (aprelin 16-da) ölkəsinə qayıdacaq.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub. Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Türkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib - FOTOTürkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib - FOTOTürkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib - FOTOTürkiyənin Azərbaycandakı səfiri ilə vida mərasimi keçirilib - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 304}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22