fim.az

Hulusi Akar: "Cənubi Qafqazdakı durum Ermənistan üçün fürsətdir"

9-08-2022, 12:29

Hulusi Akar: "Cənubi Qafqazdakı durum Ermənistan üçün fürsətdir"


“Azərbaycan bizim qardaşımızdır, dostumuzdur. 30 ildir danışıqlar aparılırdı, 1 milyondan artıq qaçqını, məcburi köçkünü var idi, ərazisinin 20 %-i işğal altında idi”.

“Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Amma otuz il ərzində heç kim vecinə almadı. ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il gedib-gəlirdilər. Azərbaycanlı qardaşlarımız "artıq bəsdir" deyərək 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin təhlükəsizliyini təmin edə bilib. Eyni zamanda qeyd etmək lazımdır ki, Cənubi Qafqazdakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı fürsətdir”, - o bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 161}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22