fim.az

Xankəndi separatçıları “sonumuz çatıb” deyir – Babayandan “çətindir” bəyanatı

12-01-2023, 14:22

Xankəndi separatçıları “sonumuz çatıb” deyir – Babayandan “çətindir” bəyanatı


Qarabağdakı separatçılar hər şeyin bitdiyini və batan gəmini xilas etməyin heç cür mümkün olmadığını, tezliklə Azərbaycan bayrağının Xankəndidə dalğalanacağını etiraf edirlər. Artıq əvvəlki dövrlərdə olduğu kimi, nəinki beynəlxalq aləm, heç Ermənistan onlara dəstək vermir. Verilən vədlər sözdən o tərəf keçmir. Vəziyyətdən çıxış yolu tapa bilmədiklərindən separatçılar arasında pessimizm əhval-ruhiyyəsi hakim kəsilib. Sadəcə olaraq son çırpıntılarını yaşamaqdadırlar. Vəziyyətin çox mürəkkəb olduğunu, sonun çatdığını açıqlamalarında da dilə gətirməkdədirlər.

Separatçı rejimin işdən çıxarılan “xarici işlər naziri” David Babayan mətbuata açıqlamasında diplomatik ifadələrlə hər şeyin sonunun yaxınlaşdığına işarə edib.

“Çətin də olsa, artsaxı xilas etmək üçün imkanlar var. Təmsil olunduğum Mühafizəkarlar Partiyası bu missiyanı davam etdirəcək. Qarşımızda çox uzun yol var. Çətindir…”, - o qeyd edib.

O eyni zamanda Xankəndidəki rejimin də çökdüyünə işdərə edərək bildirib ki, “dövlət sistemi işləməli və iflasa uğramamalıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 220}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22