fim.az

Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTO

8-02-2023, 10:47

Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTO


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Bu barədə FHN-dən məlumat verilib.

Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.
Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTOAzərbaycanın növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTOAzərbaycanın növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 207}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22