fim.az

İranın Azərbaycana qarşı təxribatına ABŞ-dən reaksiya

14-03-2023, 09:55

İranın Azərbaycana qarşı təxribatına ABŞ-dən reaksiya


ABŞ Dövlət Departamenti İran İslam Respublikasına məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsinə münasibət bildirib.

Report xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub:

“Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli işlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, bir az əvvəl çox fərqli kontekstdə dediyimiz kimi, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarətdir ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 120}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22