İcma: “Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir”
“Litvadan olan bir qrup deputat Ermənistan-Azərbaycan sərhədinə baş çəkib və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikasını davam etdirib”.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.
Bildirilib ki, Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir:
“Yəqin ki, litvalı deputatların bir neçə il öncə öz həmkarlarının keçmiş münaqişədə əraziləri işğal olunan Azərbaycanı deyil, işğalçı Ermənistanı dini zəmində dəstəklədikləri barədə yayılmış səsyazısından xəbərdardırlar.
Litvalı deputatlara xatırladırıq ki, onların baş çəkdikləri ərazilərin əksəri azərbaycanlıların deportasiya edildiyi kəndlərdir.
Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə, qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar”.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti