Saakaşvili həbsxanadan yazdı: Heç kim Əliyev qədər…
Gürcüstan həbsxanasında cəza çəkən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
O, bu barədə sosial şəbəkə hesabında yazıb.
“İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm. Heç kim Azərbaycan üçün Prezident İlham Əliyev qədər iş görməyib.
O, qalib İlham kimi tarixə düşəcək, onun prezidentlik illəri isə Azərbaycan tarixində qızıl dövr kimi qalacaq”, - məktubda deyilir.
©Axar.az
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti