fim.az

Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan

27-03-2024, 16:00

Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan


Ermənistan hakimiyyəti Rusiyanı buradan çıxarıb, ölkəni türk vilayətinə çevirməyə çalışır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə general-mayoru Tatul Petrosyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərbin marionetkasına çevrilmək üçün hər şeyi edir və burada Türkiyə regionda həlledici rol oynayır:

“Rus sərhədçilər Ermənistanı tərk edən kimi türklər deyəcəklər ki, yeni sərhəd çəkmək lazımdır, çünki Sovet İttifaqı yoxdur, ona görə də Ermənistanın əvvəlki sərhədləri də yoxdur. Paşinyan deyir ki, hələ də delimitasiya üçün xəritələr mövcud deyil. Onlar hər bir halda azərbaycanlılara uyğun olan xəritəni əsas götürəcəklər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 181}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22