fim.az

Sürücülərin nəzərinə, cərimə oluna bilərsiniz

26-08-2018, 13:05

Sürücülərin nəzərinə, cərimə oluna bilərsiniz














Paytaxtın Füzuli küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolağının üzərində təşkil edilən parklanma ləğv edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq yolda duracaq yerinin olduğunu bildirən nişan götürülərək “dayanmaq qadağandır” nişanı ilə əvəz edilib.

Qeyd edək ki, şəhər yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində parklanma yerlərinin vəziyyəti ilə bağlı təhlillər aparılır. Uyğun olmayan yerlərdə təşkil edilən parklanma yerləri müəyyən edilərək ləvğ edilir. Həmçinin zərurət olan yerdə yenilərinin təşkili istiqamətində zəruri işlər görülür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 423}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22