fim.az

Bakıda universitetdəki şok hadisə ilə bağlı yeni xəbər

4-12-2018, 13:41

Bakıda universitetdəki şok hadisə ilə bağlı yeni xəbər
















Bakıda universitet tələbəsi küçədə bıçaqlanıb.

Hadisə Səbail rayonu ərazisində, Sahil bağında baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, Y.Nəbizadənin vəziyyəti orta ağır olaraq qalır:

“O, belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi yardım edilib, vəziyyəti orta ağırdır. Hazırda palata şəraitində müalicəsi davam edir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 434}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22