fim.az

İnternet mediasına da pul ayrılacaq – Vüqar Səfərli

25-12-2018, 13:22

İnternet mediasına da pul ayrılacaq – Vüqar Səfərli
















“İnternet resurslarına dövlət dəstəyi nəzərdə tutulub”.

Modern.az xəbər verir ki, bunu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

V.Səfərli bunun üçün müzakirələrin aparıldığını vurğulayıb:

“Amma burada seçim edilərkən peşəkar KİV-lərə üstünlük veriləcək. Yəni kimsə evdə oturub 5-6 sayt idarə edəcəksə, elə KİV-lərə dəstək göstərilməyəcək”.

İcracı direktor gələcəkdə internet resurslarına dövlətin maliyyə dəstəyi göstərməsinin medianın inkişafında mühüm rol oynayacağını qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 355}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22