fim.az

İş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət olunub – Rəsmi

6-03-2019, 12:11

İş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət olunub – Rəsmi















Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, layihə təsdiqlənəcəyi təqdirdə pik saatlarda şəhər yollarında sıxlıq aradan qalxacaq:

“BNA tərəfindən Nazirlər Kabineti yanında yol hərəkətinin təhlükəsizliyi komissiyasına müvafiq təkliflər təqdim edilib. Düşünürük ki, bu təkliflər reallaşacağı təqdirdə, günün pik saatlarında şəhər yollarında nəqliyyat sıxlığını müəyyən qədər azaltmaq mümkün olacaq”.

M.Ağayev həmçinin, sıxlığın aradan qaldırılması üçün məktəblərdə servis avtobuslarının olmasının vacibliyini vurğulayıb:

“Məktəblərdə servis avtobusların olması da vacib məsələdir. Bu gün aparılan təhlillər onu deməyə əsas verir ki, xüsusən də səhər pik saatlarında məktəblərin ətrafında dayanma və durma qaydalarının kütləvi pozulması halı müşahidə edilir. Nəticədə vətəndaşlarımız səhər saatlarında iş yerlərinə, dərsə və s. ünvanlara gecikmə, lüzumsuz əsəb və stresslə çatırlar. Bu səbəbdən də məktəblilər üçün servis avtobusları olarsa, bunun özü də tıxac və nəqliyyat sıxlığının azaldılması baxımından əhəmiyyətli olar”.

Mətbuat katibi deyib ki, məktəblərdə servis avtobuslarının istifadə edilməsi də BNA-nın gündəliyində olan prioritet məsələlərdəndir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 354}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22