fim.az

Azərbaycanda körpələrə bu adların qoyulması QADAĞAN EDİLDİ – SİYAHI

2-09-2019, 11:49

Azərbaycanda körpələrə bu adların qoyulması QADAĞAN EDİLDİ – SİYAHI

“Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb”.

Bunu açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb:

“Xanna, Lina, Mamabikə, Dua, Marel, Yanık, Yamel, Nanoş, Ofa, Nüyvər, Oyat, Nüzhəc, Süngüs, Tuqa, Vergili, Memed, Postaçı, Seçki, Səlo, Seva, Kayral, və Yubuğ adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”. /report/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 61}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22