fim.az

“Azneft” İstehsalat Birliyinə baş direktor təyin edildi

27-12-2019, 13:31

“Azneft” İstehsalat Birliyinə baş direktor təyin edildi


“Azneft” İstehsalat Birliyinə baş direktor təyin edilib.

Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev imzalayıb.

Əmrə əsasən, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov “Azneft” İstehsalat Birliyinin Baş direktoru təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl birliyin direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 332}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22