fim.az

Məşhur aktrisa hicablı qadınları təhqir edib — FOTO

5-01-2019, 10:43

Məşhur aktrisa hicablı qadınları təhqir edib — FOTO














Türkiyənin məşhur aktrisalarından olan Deniz Çakır yenidən gündəmə gəlib.
“Sabah” qəzetinə xəbər verir ki, aktrisanın getdiyi məkanlardan birində yan masada əyləşən hicablı qadınlara sözlə təcavüz etdiyi iddia olunub.

Sərxoş olan Çakır 6 hicablı olan 7 nəfərlik bir qrupa "Burası Ərəbistandır? Nə gəzirsiniz burada" deyərək söz atıb.
O, qadınların etirazına baxmayaraq, fotolarını çəkməyə başlayıb. Çakırın yanındakı dostları və kafedə əyləşən insanlar hadisədən şok yaşayıblar.

Sonda aktrisanın rəfiqələri qadınlardan üzr istəyiblər. Ətrafda əyləşənlərin bəziləri isə Denizə “Özünə gəl” deyərək, etirazlarını bildiriblər.

Məşhur aktrisa hicablı qadınları təhqir edib — FOTOMəşhur aktrisa hicablı qadınları təhqir edib — FOTO[left][/left]


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 377}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22