fim.az

“Həkim həyatımı təhlükəyə atdı” – Xalq artisti

18-02-2019, 12:28

“Həkim həyatımı təhlükəyə atdı” – Xalq artisti

















Xəbər verdiyimiz kimi, xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, aktrisa ona vurulan iynədən çoka düşüb. Təcili yardımla xəstəxanaya çatdırılan Allahverdiyeva hazırda səhhətinin yaxşı olduğunu bildirib:

“Dırnaqarası savadlı, peşəkar həkim sayəsində həyatım təhlükə altına atıldı. Digər xəstəxananın peşəkarları sayəsində xilas oldum.

Amma keçirdiyim bu hal orqanizmimdə öz fəsadlarını buraxmaqdadır. Allah belə həkimlərdən uzaq etsin”.

Qeyd edək ki, Naibə ona vaxtıkeçmiş iynə vurulduğunu bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 393}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22