fim.az

Nadir Qafarzadəyə qadağa qoyulub? – “Əxlaqsız insana yalnız…” – AÇIQLAMA

7-09-2019, 12:50

Nadir Qafarzadəyə qadağa qoyulub? – “Əxlaqsız insana yalnız…” – AÇIQLAMA

“İllərdir yay mövsümündə 3 ay tam dincələ bilmirəm. Çünki tədbirlərə qatılıram, mahnılar, kliplər təqdim edirəm”.

Bu sözləri Redaktor.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. O qeyd edib ki, bu yay 10-a yaxın yeni mahnı oxuyub:

“Bunlardan “Axtarma məni”, “Ay dəli dəli”, “Zır dəli oluram” mahnılarımı misal gətirmək olar. Hətta kliplər də çəkdik. Yeni işlərimiz çoxdur. İnşallah yeni layihəmi də təqdim edəcəm.

Mən yaranan gündən ancaq işləyirəm. Buna baxmayaraq, 10 gün də olsa, dincəlməyə vaxt ayırıram. Həyat yoldaşımla birgə Türkiyədə dincəldim. Daha sonra Azərbaycanın bir neçə bölgəsində olduq. Açığını deyim ki, istirahətə çox zamanım olmadı. Çünki bölgələrdə keçirilən bir neçə konsertlərə dəvət almışdım. Bundan başqa klip çəkilişləri də bir müddət davam elədi”.

Müğənni son günlər efirdə az-az görünməsi ilə bağlı da danışıb. Bildirib ki, son açıqlaması ilə bağlı ona televiziyaların efir qadağası qoyması xəbəri yalandır:

“Məncə bu barədə danışmaq gülüncdür. Çünki həyatda hər kəsin bir düşüncəsi var. Əxlaqsız insana yalnız əxlaqsızlar dəstək olur. Öz fikrimi demişəm. Bunu başqa yerə yozanlar günahı özlərində axtarsınlar. Mənə qadağa qoyulmayıb. Hansı dövrdə yaşayırıq ki?! Demokratik ölkədə yaşayırıq. Azad fikrimi söyləmişəm. Burada qadağan ediləcək nə var ki?! Belə bir şey yoxdur. Bir neçə verilişlərdən dəvət almışam. Yeni mövsümdən, yeni mahnılarla efirdə olacağam” – deyə Nadir Qafarzadə əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 317}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22