fim.az

Təhsil şöbəsinə yeni müdir təyin edildi

1-02-2019, 11:02

Təhsil şöbəsinə yeni müdir təyin edildi















Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu vəzifəyə Sumqayıt Şəhər 25 nömrəli məktəbin direktoru olmuş Arzu Əlizadə təyin edilib.

Şöbənin bundan əvvəlki müdiri Nizami Namazov isə ötən ilin aprelində vəzifəsindən azad edilmişdi. Ötən müddət ərzində bu vəzifəyə təyinat olmamışdı.

Qeyd edək ki, Təhsil şöbəsinin müdiri yerli icra hakimiyyəti tərəfindən Təhsil Nazirliyinin razılığı ilə təyin edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 399}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22