fim.az

Nazirlik: Bir neçə orta məktəbə yeni direktor təyin olunacaq

25-02-2019, 11:33

Nazirlik: Bir neçə orta məktəbə yeni direktor təyin olunacaq
















Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu üzrə müsabiqədə uğur qazanan daha bir neçə namizədin vəzifəyə təyinatı ilə bağlı yaxın günlərdə əmr imzalanacaq.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin ilkin yerləşdirmə nəticələrinə əsasən, uğur qazanan 228 nəfərdən 104 nəfəri müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb.
“Yerdə qalan 124 namizəddən bir qismi ehtiyat kadrlar siyahısında qalmaq üçün ərizə ilə müraciət ediblər. Qalan namizədlərin təyinatı ilə bağlı yaxın günlərdə əmr layihəsi hazırlanacaq”- deyə nazirlikdən bildirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 448}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22