fim.az

Alimlər Altsheymer xəstəliyinin dərmanını kəşf etdilər

16-01-2019, 11:05

Alimlər Altsheymer xəstəliyinin dərmanını kəşf etdilər















Amerikalı bioloqlar təsadüfən Altsheymer xəstəliyinin dərmanını kəşf ediblər.
Kəşf insultun nəticələrinə qarşı mübarizə aparan yeni preparatın təcrübəsi zamanı ortaya çıxıb. Siçanlar üzərində aparılan təcrübə “JEM” jurnalında dərc edilib.

Los-Ancelesdəki Cənubi Kaliforniya universitetinin alimi Borislav Zlokoviç məsələ ilə bağlı deyib:
“Bu preparat neyronları müdafiə edir və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu isə bizi inandırdı ki, Altsheymer xəstəliyindən əziyyət çəkən siçanın beyninə təsir edə bilər. Təcrübə zamanı məlum oldu ki, xəstəliyin ilkin mərhələsində bu preparatdan istifadə beta-amiloidin məhvinə kömək edir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 406}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22