fim.az

“Dəqiq bir məlumatımız yoxdur” - Müsavatdan açıqlama

14-11-2019, 11:36

“Dəqiq bir məlumatımız yoxdur” - Müsavatdan açıqlama

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı saxta mühacir sənədi düzəltməkdə ittiham olunaraq Almaniyada saxlanılan müsavatçılar barədə açıqlama verib.

G. Aslanlı “Qafqazinfo”ya bildirib ki, bu barədə Almaniya polisinin məlumatı yayılıb:

“Bundan sonra, həmin məlumata bir sıra şəxslər şərh verib. Ona görə də mən polisin məlumatını tam dəqiqləşdirməyənə kimi heç bir söz deyə bilməyəcəm. Çünki rəsmi məlumat ayrıdır, kiminsə fikirləri ayrıdır. Partiya olaraq kiminsə saxlanılması haqqında dəqiq bir məlumatımız yoxdur”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 269}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22