fim.az

Söyüş söyən mühacir də saxlanıldı

14-11-2019, 11:26

Söyüş söyən mühacir də saxlanıldı

Azərbaycanlı mühacir Rafael Piriyev saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd edilir ki, o, Fransada həbs olunub.

Haqqında cinayət işi başladılan Piriyevin Azərbaycana deportasiyası gözlənilir.

Həbsin dəqiq səbəbi açıqlanmasa da, onun ikinci dəfə Fransaya mühacirətə getdiyi üçün saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, sözügedən mühacir şəxsi sosial şəbəkə hesablarında açıq söyüş və təhqiredici sözlərdən istifadə etməyi ilə tanınır və bu xüsusiyyətinə görə tənqid edilir.

Söyüş söyən mühacir də saxlanıldı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 267}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22