Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO
Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib. Bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarov, digəri isə Yusif Nəbiyevdir.
Cəbrayıl Eldar oğlu Xanlarov 3 noyabr 1972-ci ildə paytaxt Bakıda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub.
Əmək fəaliyyətinə dövlət qurumlarında başlayan Xanlarov bir müddət Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” strukturunda çalışıb. Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra isə 2005-ci ildən etibarən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəhbərlik edib. Həmin vaxt o, 34 yaşında idi.
Cəbrayıl Xanlarov dövlət qulluğunda 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə layiq görülüb.
O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edəcək.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
