Bu gün ölkə mətbuatında “Medi Hall“klinikasında əməliyyat olunan qadının ölməsi ilə bağlı məlumat yayılıb. Həmin məlumatda bildirilir ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Medi Hall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Yayılan xəbərlərdə xəstənin plastik əməliyyat edildiyi bildirilirdi.
Məsələ ilə bağlı “Medihall Hospital”ın baş həkimi Nigar Məhəmmədova FİM.AZ-a açıqlama verib. Baş həkim pasiyentin səhhətində yaranan başqa bir narahatlıqdan öldüyünü qeyd edib:“Xanım pasiyent fevralın 9-da əməliyyat olmuşdu. Göbək yırtığı əməliyyatı olundu və əməliyyat uğurla keçdi. Klinikada olanda hər şey qaydasında idi. Evə getdikdən sonra pasiyentin ürəyində problem yaranıb. Daha sonra başqa klinikaya aparıblar. Bizimlə əlaqəsi yoxdur”.
Nigar Məhəmmədova mətbuatı dəqiq və qərəzsiz məlumat yaymağa çağırıb.
Nigar Məhəmmədova təkzib edir – Hadisənin “Medi Hall“klinikası ilə heç cür əlaqəsi yoxdu
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
