fim.az

İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi

17-07-2019, 11:22

İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi

Rusiyanın Şimali Qafqaz dairə məhkəməsi azərbaycanlı Erik Şabanovu İŞİD terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilib.

Məhkəmə E.Şabanovu terrorçuluğa yardım ittihamı üzrə altı il müddətinə azadlıqdan məhrum edib.

O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

E.Şabanov Mahaçqalada yaşayıb. İstintaqın məlumatına görə, o, 2016-cı ildə İŞİD üzvlərinə 30 min rubl (811 manat) köçürüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 331}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22