fim.az

Sabiq Prezidentin oğlu xəstəxanada öldürüldü

20-11-2019, 11:19

Sabiq Prezidentin oğlu xəstəxanada öldürüldü

Almaniyanın sabiq Prezidenti Rixard fon Vayçzekkerin oğlu qətlə yetirilib.

“RBB” nəşrinə verdiyi xəbərə görə, 59 yaşlı Frits fon Vayçzekker Berlində “Schlosspark-Klinik”də mühazirə zamanı naməlum kişi tərəfindən aldığı bıçaq yarası nəticəsində həyatını itirib.

Qeyd olunur ki, mühazirəni dinləyən bir neçə dinləyici cinayətkarı yaxalaya bilib. “Der Tagesspiegel” xəbər verir ki, onlardan biri də ağır xəsarət alıb.

Polis qatilin tutulduğunu təsdiqləyib. Hazırda onun şəxsiyyəti və motivləri barədə heç bir məlumat yoxdur.
Sabiq Prezidentin oğlu xəstəxanada öldürüldü


Bildirilir ki, mərhum 2005-ci ildən sözügedən klinikada terapiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Riçard fon Vayçzekker 1984-1994-cü illərdə Almaniyanın Prezidenti vəzifəsini icra edib, Xristian Demokratik Birliyinin üzvü olub. O, 2015-ci ildə 95 yaşında vəfat edib.

Riçard fon Vayçzekker

Sabiq Prezidentin oğlu xəstəxanada öldürüldü


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 282}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22