fim.az

Telefon və kompüterin ölümcül təsiri – “Beyini yandırır”

13-05-2020, 11:30

Telefon və kompüterin ölümcül təsiri – “Beyini yandırır”


Gündəlik və çox müddətdə mobil vasitələrdən istifadə və komputer arxasında çox oturmaq insanın baş beynində çoxsaylı zərərli dəyişikliklər yaradır.

Yapon alimləri yeni elmi tədqiqatlatının nəticəsi olaraq dəhşətli faktlar açıqlayıblar.

Alimlər bildirir ki, hər gün rəqəmsal texnologiyalardan çox istifadə beynin qızmasına və yanmasına səbəb olur.
Nəhəng informasiya axını beyinə daxil olur və beyin tərəfindən saf-çürük olunmağa zaman belə qalmadığından lazımsız informasiya arxivlənir, beyin şöbələri zibillənir, nəticədə insanın beyni yorulur, o ətrafda və özündə nə baş verdiyini anlamır. Bu sindrom daha çox 35-65 yaş arası insanlarda geniş yayılıb.

Neyrocərrahlar da bu sindromu təsdiqləyir. Onlar deyir ki, beyində informasiyanı həll edib, toplayıb saxlayan prefrontal kötük nahiyəsi var. O, alın hissəyə yaxın yerləşir. Bu zona yaddaş, qərar vermək və qarşıya çıxan problem çözmək üçün də ayrılıb.

Həddən artıq telefon, internet, computer istifadəsi bu hissəni yükləyir, lazımi informasiyaya yer qalmır, getdikcə yaddaş pozulur, insan sadə məsələləri belə həll edə bilmir. Nəticədə həmişə başı və xüsusən alın hissəsi ağrıyır. Bu insanlar işdə, təhsildə irəli gedə bilmir, çox sayda səhvlər buraxır.

Yapon alimləri məsləhət də veriblər. Telefon və kompüterdən istifadəyə konkret vaxt qoyun. Eyni zamanda ikisinə də baxmayın. Film izləyərkən və ya kompüterdə işləyərkən telefon əlinizdə olmasın.

Yemək yeyərkən telefona baxmayın, yemək zamanı başqa informasiya almaq olmaz.
Mütləq günlük yuxu normasına əməl edin. Komputerdə çalışanlar sutkada 8-9 saat yuxusunu almalıdır. Beyin yuxuda yükləmələrdən azad olur.

Qeyd edək ki, ÜST də telefon və kompüterdən çox istifadənin əhalinin ömrünün qısalmasına və xəstəliklərin artmasına səbəb olacağı barədə bildirib. /Medicina/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 16}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22