fim.az

Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir

28-07-2020, 10:26

Türkiyədə Azərbaycana dəstək aksiyaları keçirilir


Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara və işğalçı siyasətini davam etdirməsinə etiraz olaraq Türkiyədə dəstək aksiyaları həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, iyulun 23-də Ankaranın Keçiörən Bələdiyyəsinin qarşısında “Bir millət, iki dövlətik. Azərbaycan-Türk ordusunun əsgəriyik” şüarı ilə tədbir keçirilib.

Həmçinin Türkiyənin Kayseri şəhərindəki Cümhuriyyət meydanında baş tutan aksiya isə "Turan" dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə gerçəkləşdirilib. Azərbaycana dəstək aksiyasına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr icmalarının təmsilçiləri qatılıb.

Mitinq zamanı Azərbaycanın tarixi torpaqları, Ermənistanın işğalçı siyasəti və təcavüzkar hərəkətləri haqqında ətraflı məlumat verilib, Ermənistanın son təxribatları qınanılıb, Türk dünyasının şəhidlərinin əziz xatirəsi böyük ehtiramla anılıb. Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısının ifası ilə başa çatıb.

Türkiyənin Trabzon şəhərində, Sakarya şəhərinin Adapazarı Demokratiya Meydanında, İstanbulun Bakırköy rayonundakı Azadlıq meydanında Azərbaycan Ordusuna dəstək məqsədilə aksiyalar keçirilib. Soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirak etdikləri aksiyalarda Tovuz cəbhəsində həlak olan şəhidlərimiz anılıb, Ermənistanın işğalçı və təcavüzkar siyasəti qınanıb, "Qarabağ Azərbaycandır!", "Ermənstanın işğalçı siyasətinə son qoyulsun!", "Şəhidlər ölməz, vətən bölünməz!", “Xocalıya ədalət!” və digər şüarlar səsləndirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 291}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22