fim.az

Ərdoğan: “Türkiyə logistik super gücə çevriləcək”

13-04-2022, 11:02

Ərdoğan: “Türkiyə logistik super gücə çevriləcək”


Türkiyənin logistik super güc olmaq üçün qarşısında aydın yolu var.

"Sabah" xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə 2053-cü il üçün vizyonumuzun bir hissəsi olaraq qlobal logistika super dövləti olmağı hədəfləyir”- Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin məqsədi logistik Londondan Pekinə, Sibirdən Cənubi Afrikaya qədər coğrafi məkanda super güc olmaqdır.

"Biz dəmir yolu şəbəkəmizi 10 959 kilometrdən 13 022 kilometrə qədər genişləndirdik", deyən Ərdoğan əlavə edib ki, məqsəd 2053-cü ilə qədər bu rəqəmi 28 590 kilometrə çatdırmaqdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 174}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22