fim.az

Rəsmi Roma: TAP 2020-ci ildə istifadəyə veriləcək

10-01-2019, 14:16

Rəsmi Roma: TAP 2020-ci ildə istifadəyə veriləcək

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək.

Fim.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə İtaliya hökumətinin Avropa Komissiyasına təqdim etdiyi Enerji və iqlim üzrə Milli Planın layihəsində deyilir.

Sənəddə deyilir: "İtaliyaya 8,8 milyard kubmetrə yaxın qaz idxal etməyə imkan verəcək və buraxılış gücünün illik 10 milyard kubmetrədək artırılması imkanına malik TAP 2020-ci ildə istifadəyə veriləcək".

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 411}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22