fim.az

Atakişili kəndində növbəti səyyar görüş-qəbul keçirilib

7-02-2019, 13:17

Atakişili kəndində növbəti səyyar görüş-qəbul keçirilib

















Fevralın 7-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Atakişili kənd inzibati ərazi dairəsinə daxil olan Atakişili və Şıxımlı kəndlərinin sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.
Möhübbət Əzimov adına Kürdəmir rayon Atakişili kənd tam orta məktəbinin akt zalında keçirilən görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Kürdəmirdə həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışdı.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğıları yüksək qiymətləndirdiklərini vurğuladılar.
Görüşdə kənd sakinlərinin təbii qaz, elektrik enerji, suvarma su təchizatı, sosial müdafiə, yol, kənd təsərrüfatı, torpaq məsələləri, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digər problemlər barədə aidiyyəti təşkilatlara tapşırıq verilib.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.Atakişili kəndində növbəti səyyar görüş-qəbul keçirilibAtakişili kəndində növbəti səyyar görüş-qəbul keçirilib


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 539}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22