fim.az

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

24-09-2020, 09:48

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrində çıxış edəcək.
BMT İnformasiya Mərkəzinin xəbərinə görə, 15 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası sona çatıb və 75-ci yubiley sessiyası start götürüb.

Qeyd edək ki, İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxış edib. Sumqayıt Kimya Sənaye Parkının 500 hektardan çox olan ərazisinin 65 hektarı sərbəstdir. Həmin o ərazilərə də maraq böyükdür. Cənab Prezidentin ölkədə fəaliyyət göstərən, xaricdə yaşayan iş adamlarına, xarici investorlara bu gün bir daha etdiyi çağırışın effekti, əminəm ki, daha çox olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri İqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 14-də Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iş adamlarına və xarici investorlara çağırışını şərh edərkən deyib. Nazir əlavə edib ki, dövlətimizin başçısı “Sumqayıt Kimya Sənaye Parkı”nın fəaliyyətinin genişləndirilməsinə dair tapşırıq verib.

Mikayıl Cabbarov bildirib ki, Prezidentin çağırışına həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fəaliyyət göstərən iş adamları reaksiya verirlər. Hələ mövcud karantin dövründə yaşamağımıza baxmayaraq, əlaqə saxlanılıb, müraciətlər var.

Qeyd edək ki, 2019-cu ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 258 milyon manatlıq, 2020-ci ilin müvafiq dövründə isə bundan iki dəfə çox - 534 milyon manatlıq məhsul istehsal olunub. İxrac ötən ilin ilk 6 ayına nisbətən 1,5 dəfə artaraq 121 milyon manatdan 182 milyon manata çatıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 100}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331